Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Orfoqrafiya və orfoepiyamiz bu gün
Orfoqrafiya və orfoepiyamiz bu gün

Ana dilimizin normalarını qorumaq, düzgün tələffüz və yazı qaydalarına əməl etmək hər bir azərbaycanlının danılmaz vəzifəsidir. Dilimizi sevmək azdır, onu qorumaq da lazımdır. Bu şərəfli yolda universitetimizin Azərbaycan dili və dilçilik kafedrası artıq iki ildir ki, gözəl bir ənənənin əsasını qoyub. Tələbələrə dilimizin ədəbi normalarını aşılayan, onlara Azərbaycan dilinin fonetikası, leksikologiyası, qrammatikası və tarixini mənimsədən professor-müəllim heyəti “Orfoqrafiya və orfoepiyamız bu gün” mövzusunda elmi seminar keçirdi.       Kafedra müdiri əvəzi, baş müəllim Böyükxanım Eminlinin təşkil etdiyi  seminarda universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov, Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, Azərbaycan dili və dilçilik kafedrasının professoru Cəfər Cəfərov, baş müəllimləri Böyükxanım Eminli, Ceyhunə Hüseynova, müəllimi Günel Paşayeva və fakültənin tələbələri iştirak etdilər.
Baş müəllim Böyükxanım Eminlinin  elmi rəhbərliyi ilə  Filologiya fakültəsinin I kurs tələbəsi Cahandar İbrahimov “Azərbaycan dilinin orfoqrafiya lüğətləri: fərqlər və  yeniliklər” mövzusunda slaydlardan istifadə edərək çıxış etdi. Müəllim Günel Paşayevanın elmi rəhbərliyi ilə I kurs tələbəsi Şabiyev Vüsal “Yeni orfoqrafiya lüğətində  bəzi qüsurlar haqqında”,  baş müəllim Ceyhunə Hüseynovanın elmi rəhbərliyi ilə III kurs tələbəsi Fatimə Bağırova “Küçə elan və yazılarında  bəzi səhvlər haqqında” adlı maraqlı slaydlardan  ibarət mövzu ilə, II kurs tələbəsi Rəhimzadə Yeganə “Orfoepiyamızla bağlı nöqsanlı məqamlar” mövzusunda çıxışlar etdilər. Hər çıxışdan sonra tələbələrə suallar verilir, münasibətlər bildirilirdi. Müzakirələrdə professor-müəllim heyəti və tələbələr çox fəal iştirak etdilər.
Professor Ramazan Məmmədov belə elmi seminarların  keçirilməsini yüksək qiymətləndirdi, müəllimlərə və tələbələrə dəyərli tövsiyələr verdi. 
Fakültənin dekanı, dosent Sevinc Həmzəyeva da ədəbi dil normalarının dəyərini vurğuladı. “Ədəbi dilin normalarını pozmağa  heç kimin ixtiyarı yoxdur” deyən dekan gələcəkdə də bu tipdə tədbirlərin keçirilməsini arzuladı və kafedra əməkdaşlarının  elmi və pedaqoji fəaliyyətini  layiqincə dəyərləndirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az