Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İqtisadiyyat və idarəetmə fakültəsinində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Dəmir Yumruq” adlı tədbir keçirildi
İqtisadiyyat və idarəetmə fakültəsinində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Dəmir Yumruq” adlı tədbir keçirildi
Noyabrın 6-da İqtisadiyyat və idarəetmə fakültəsinində 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş “DəmirYumruq” adlı tədbir keçirildi
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbiri Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi iqtisad üzrə fəlsəfə doktoru Almaz Həmidova açaraq, iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi və tarixi qələbənin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, “Dəmir Yumruq” adlanan bugünkü tədbir Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qurulan siyasi-hərbi strategiya əsasında, xalqımızın əzmi, birliyi sayəsində 44 günlük Zəfər yoluna həsr olunub.
Tədbirdə fakültənin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etdi, ötən 30 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışdı, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirdi. Zəfər Gününün çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisə olduğunu qeyd etdi. Vurğuladı ki, böyük Zəfər Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Qəhrəman əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütün Azərbaycan xalqı birlik və həmrəylik nümayiş etdirərək işğalçıya layiqli cavab vermiş, “Dəmir Yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilmiş və Azərbaycan Ordusu qələbə qazanmışdır.
Tədbirdə şəhid Fərhad Əliyevin anası, SDU-nun kadrlar şöbəsinin mütəxəssisi Tacə Vahabova, şəhid Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə və bibisi, SDU-nun Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri dosent Səvvarə Rzaquliyeva, qazi Hüseynzadə Həmidin atası, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri texnika elmləri doktoru, professor Aqil Hüseynov, qazi Səlimov Sadiqin atası, SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, qazi Həmidov Novruzun anası, Dünya iqtisadiyyatı və marketinq kafedrasının baş müəllimi iqtisadiyyat üzrə fəlsəfə doktoru Almaz Həmidova çıxışlarında İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən, əzizlərinin qısa və şərəfli ömür yolundan danışdılar. Bildirdilər ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərirlər. Sonda ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Qazilər ‒ İqtisadiyyat və idarəetmə fakültəsinin keçmiş tələbələri: Valeh İbadov, Nurlan Bəşirov, Gündüz Əliyev keçdikləri şərəfli döyüş yolundan danışdılar. Qeyd etdilər ki, hər bir insan kimi, döyüşçü də yaşamaq, öz arzularına qovuşmaq istəyir, özünəməxsus xəyalları olur, ailəsini düşünür. Ancaq müharibə gerçəkliyində dərk edirsən ki, hissə qapılmaq olmaz, qarşıda düşmən var, onun hədəfindəsən, müqəddəs torpağını təcavüzkardan təmizləməlisən, geriyə qalib kimi dönməlisən. Müharibə itkisiz olmur, ölüm bir nəfəs qədər yaxın idi, lakin ölüm qorxusu səni üstələməməlidir, döyüş ruhu varsa, bu, insana mənəvi güc verir. Vətən yolunda şəhid və qazi olmaq isə insan üçün şərəfli taledir.
Tədbirdə Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Səxavət Məmmədova, Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru iqtisad elmlər doktoru Şəfa Əliyev, həmin kafedranın müdiri dosent Məlahət Pənahəliyeva çıxış edərək 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açdılar. 44 günlük Vətən müharibəsinin Azərbaycanın dövlətçilik tarixindəki və dünyanın hərb tarixindəki mövqeyindən bəhs etdilər. Qeyd etdilər ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “Dəmir Yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, İqtidar-Xalq-Ordu birliyi sayəsində əldə olunub. Natiqlər Azərbaycanın 44 gündə qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığını vurğuladılar, əsrlər boyu bu müharibə haqqında danışılacağına əminlklərini bildirdilər.
Tədbirdə “Bərdə və Gəncə hadisələri ilə bağlı slaydlar təqdim olundu, “Ananın səsi” və ”Zəfərlə” şeirləri səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az