Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışında tələbələrimiz qalib oldu
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışında tələbələrimiz qalib oldu
Noyabrın 5-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" ‒ Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində ittifaqın ofisində 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçirildi. Yarışda Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatlarının üzvləri birinci və üçüncü yerə layiq görüldülər. 28 nəfər tələbənin iştirakı ilə baş tutan 5 mərhələnin sonunda qaliblər müəyyən olundu. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi, TGT fəalı Aslan Musazadə I yerə, Azərbaycan Texniki Universitetinin tələbəsi Murad İsmayılov II yerə, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin II kurs tələbəsi, TGT fəalı Əli Orucov III yerə layiq görüldülər. Turnirin qalibləri diplomla mükafatlandırıldılar.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az