Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
Filologiya fakültəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirildi
Noyabrın 6-da Filologiya fakültəsində professor-müəllim və tələbələrin iştirakı ilə onlayn formatda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər Günü" adlı tədbir keçirildi.
Əvvəlcə ərazi bütövlüyümüzün qorunması, bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Sevinc Həmzəyeva açaraq, iştirakçıları qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi və bu tarixi qələbənin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, bu qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Artıq bütün şəhidlərimizin qisası alındı. Bir sözlə, bu günü biz gözləyirdik və artıq bunu yaşamaq bizə qismət oldu. Qarabağ Azərbaycandır!
Tədbir “Zoom” platforması üzərindən keçirildi və belə böyük qələbə gününü həvəslə qeyd etmək üçün 260 nəfər tələbə və müəllim heyəti iştirak etdi. Bu həm fakültə, həm də universitet üçün çox qürurverici haldır. Fakültənin 934 və 919-cu qrup tələbələri olan Şahvələdov Hümbət və Mirzəli Aysel aparıcı qismində çıxış edərək bildirdilər ki, Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən sonra qərinələr keçəcək, illər ötəcək, tarix isə bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Xalqımız üçün 8 Noyabr - Zəfər Günü kimi qeyd olunan ən böyük bayramdır.
Fakültə rəhbərliyi və professor-müəllim heyəti çıxışları ilə fərqlənən tələbələrə minnətdarlıq ifadə etdi. Xüsusi təşəkkür isə tədbirin ssenarisini hazırlamış, eləcə də tələbələrin bədii hazırlığına yardım etmiş Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatınin sədri Tamara Köçərli və 938-ci qrup tələbəsi Lalə Xəlilovaya ünvanlandı.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az