Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız “Ali təhsildə potensialın gücləndirilməsi layihələrinin təsirinin ölçülməsi” araşdırmasının təqdimat mərasimində iştirak etdi
Əməkdaşımız “Ali təhsildə potensialın gücləndirilməsi layihələrinin təsirinin ölçülməsi” araşdırmasının təqdimat mərasimində iştirak etdi
Noyabrın 16-da Landmark Plazada Milli ERASMUS+Azərbaycan Ofisinin təşkilatçılığı ilə Azərbaycan ali təhsil müəssisələrində həyata keçirilən Avropa Birliyi tərəfindən maliyyələşdirilən ali təhsildə potensialın gücləndirilməsi layihələrinin təsirinin ölçülməsi istiqamətində aparılan araşdırmanın təqdimat mərasimi keçirildi.
Tədbirin əsas məqsədi növbəti il üçün Avropa Birliyi tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrin yeni tələbləri, prioritet istiqamətləri və gələcək perspektivləri barədə məlumat vermək idi.
Ənənəvi formada keçirilən təqdimat mərasimini Milli ERASMU+Azərbaycan Ofisinin rəhbəri Pərviz Bağırov açaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələrini və tədbir iştirakçılarını salamladı və “Gələcəyə yönələrkən keçmişin təsirinin ölçülməsi” ERASMUS+Azərbaycanda (2014-2020) və növbəti illər üçün proqramın icmalı (2021-2027) mövzusunda çıxış etdi.
Eyni zamanda, aparılan tədqiqatın nəticələri həyata keçirilən layihələrin Azərbaycanda ali təhsilin inkişafına, yerli mütəxəssislərin beynəlxalq təcrübə qazanmasına, ümumiyyətlə, Azərbaycan ali təhsil müəssisələrinin fəaliyyətinin Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşdırılmasını qiymətləndirməyə imkan verən bir vasitə olduğunu xüsusilə vurğuladı.
Tədbirdə ali təhsil müəssisələrinin, dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin və digər ERASMUS+ iştirakçılarının nümayəndələri iştirak edirdi.
Görüşdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva təmsil edirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az