Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırması mərasimi təşkil olundu
SDU-da 8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar keçirilmiş müsabiqələrin qaliblərinin mükafatlandırması mərasimi təşkil olundu
8 Noyabr ‒ Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər planına uyğun olaraq, universitetdə tədbirlər: elmi konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, şeir, mahnı, rəsm və əl işlərindən ibarət yaradıcılıq müsabiqələri keçirilmişdir. Noyabrın 18-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında karantin qaydalarına əməl olunmaqla Zəfər Gününə həsr olunmuş şeir, mahnı, rəsm və əl işləri yaradıcılıq müsabiqələrində yer tutan və fərqlənən tələbə və əməkdaşların mükafatlandırılması mərasimi keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq, 8 Noyabr -Zəfər Günü ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Rektor onu da qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədə Sumqayıt Dövlət Universitetinin də tələbə gəncləri yüksək vətənpərvərlik ruhu nümayiş etdirdilər.
Sonra mükafatlandırma mərasimi keçirildi. Yer tutan qaliblər rektor professor Elxan Hüseynov tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olundular. Qeyd edək ki, 8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş şeir müsabiqəsində I yerə Filologiya fakültəsinin III kurs tələbəsi Ülkər Əkbərova, II yerə İqtisadiyyat və idarəetmə fakültəsinin V kurs tələbəsi Aliyə Əlizadə, III yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Şəbnəm Abışova çıxmışdılar.
8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş mahnı müsabiqəsində I yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Aytac Heydərova, II yerə Filologiya fakültəsinin III kurs tələbəsi Tural Həsənov, III yerə Filologiya fakültəsinin I kurs tələbəsi İlahə Fərhadzadə, Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Hüseyn Məmmədov çıxmışdılar.
8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş Rəsm və əl işlərindən ibarət yaradıcılıq müsabiqəsində I yerə Mühəndislik fakültəsinin III kurs tələbəsi Ceyran Məmmədova, II yerə Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbələri: Vüsal Məmmədov və Vəkil Namazov, III yerə İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin təşkili və idarəedilməsi kafedrasının dosenti Təranə Əhmədova və Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Malak Bairamova çıxmışdılar.
8 Noyabr ‒ Zəfər Gününə həsr olunmuş Rəsm və əl işlərindən ibarət yaradıcılıq müsabiqəsində fərqləndiyinə görə SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri: Nərmin Əliyeva, şeir müsabiqəsində fərqləndiklərinə görə Tamara Alıyeva, Fatimə Məmmədzadə, Nicat Quliyev sertifikat və həvəsləndirici mükafatlara layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az