Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi Zəfər Günü ilə əlaqədar olaraq “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi Zəfər Günü ilə əlaqədar olaraq “Hərbi Qənimətlər Parkı”nı ziyarət etdilər
Noyabrın 20-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaş və tələbəsi Zəfər Günü ilə əlaqədar olaraq Şəhidlər xiyabanını ziyarət etdilər, şəhidlərin məzarları önünə gül dəstələri düzdülər və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçənlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkına ziyarət təşkil olundu.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək bildirdi ki, Hərbi Qənimətlər Parkı xalqımızın qürur mənbəyidir. Bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq. Bu park möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən 18 il ərzində işlənən hərbi strategiya və taktikanın və “Dəmir yumruq” əməliyyatının əyani sübutudur. Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşmənin 30 il ərzində qurduğu sədləri yerlə-yeksan etdi və bununla da, tarixi ədalət bərpa olundu. Hərbi Qənimətlər Parkı indiki və gələcək nəsillər üçün tarix dərsi, eyni zamanda, qürur yeridir.
Digər çıxışçılar tarixi zəfərin qazanılmasının əhəmiyyətindən, postmünaqişə dövründə dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən, həmçinin Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyi barədə danışdılar.
Ziyarət zamanı kollektiv parkda olan eksponatlarla yaxından tanış oldu. Qeyd edək ki, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər‒M” raketinin qalıqları var.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az