Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da təhsil alan əcnəbi tələbələr Zəfərə həsr olunmuş “Yaşıl Marafon” ağacəkmə aksiyasında iştirak etdilər
SDU-da təhsil alan əcnəbi tələbələr Zəfərə həsr olunmuş “Yaşıl Marafon” ağacəkmə aksiyasında iştirak etdilər
Noyabrın 20-də Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində Zəfərə həsr olunan “Yaşıl Marafon” ağacəkmə kampaniyası keçirildi.
Təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ağacəkmə kampaniyasında müvafiq qurumların rəhbər şəxsləri və aidiyyəti struktur bölmə rəhbərləri, ölkəmizdə təhsil alan əcnəbi tələbələr, ali təhsil müəssisələrinin nümayəndələri, “2007‒2015 Dövlət Proqramı” məzunları iştirak etdilər. Həmçinin Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndələri də sözügedən marafona qoşulmuşlar.
Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması, eyni zamanda əcnəbi tələbələrin şəbəkələşməsi və ictimai aktivliyinin artırılması, əcnəbilərin Azərbaycanda təhsilinin təşviqi məqsədilə keçirilən ağacəkmə aksiyasında ölkəmizdə fəaliyyət göstərən müxtəlif ali təhsil müəssisələrindən 100-dən çox əcnəbi tələbə iştirak etdi.
Aksiyada Sumqayıt Dövlət Universitetinin nümayəndəsi, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin əməkdaşı Natavan Quliyeva və bir qrup əcnəbi tələbə: Türkiyə vətəndaşı Fatih Ülger (Psixologiya, IV kurs), Gürcüstan vətəndaşları: Avılov Orkhan (Elektroenergetika mühəndisliyi, IV kurs), Baıramova Elana (Riyaziyyat müəllimliyi, III kurs), Baıramov Eltun (Proseslərin avtomatlaşdırılması mühəndisliyi, I kurs) iştirak etdilər.
Sonda iştirakçılar xoş təəssüratlarını bildirdilər və xatirə şəkli çəkdirdilər.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az