Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Şah-Mat” adlı şahmat turnirində tələbələrimiz qalib oldu
SDU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Şah-Mat” adlı şahmat turnirində tələbələrimiz qalib oldu
Noyabrın 19-da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 5%" - Tələbə Gənclər Təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılması, çağırışlara cavab verən tələbə kütləsinin formalaşdırılmasına dəstək proqramı çərçivəsində Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ittifaqın ofisində “Şah-Mat” adlı şahmat turniri baş tutdu.
Turnirin yekun nəticələrinə əsasən ilk 3 yerin sahibi müəyyən olundu:
I yerə Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin tələbəsi Ramazan Məcidov, II yerə Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Nigar Bayramlı, III yerə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin tələbəsi Məhəmmədəli Əsədov layiq görüldülər və diplomla təltif olundular. Turnirin təşkili prosesində dəstək göstərdikləri üçün Azərbaycan Şahmat Federasiyasına təşəkkür etdilər!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az