Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tələbələr arasında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi
SDU-da tələbələr arasında Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirildi
Noyabrın 24-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında karantin qaydalarına əməl olunmaqla universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş SDU və SDU-nun nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin tələbələri arasında bədii qiraət müsabiqəsi keçirildi.
Ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində Sumqayıt Dövlət Universitetində şairin yubileyinə həsr olunmuş silsilə tədbirlər, bilik yarışları, debatları, şeir və rəsm müsabiqələri həyata keçirilir. Bədii qiraət müsabiqəsi də bu qəbildəndir.
Klubun müdiri Xalidə Quliyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin mədəni irsinin təbliğinə töhfə vermək məqsədi daşıyan müsabiqələrin tələbələr arasında keçirilməsi gələcək uğurlarımıza yeganə təminat, sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə daha dərindən aşılamaqdır. Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Ölkə başçısı cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinə hamilik edilməsi, klassik və müasir mədəni irsin harmoniyasına münbit şərait yaradılması baxımından davamlı siyasət yeridir. 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edildi. Bu, qədim mədəniyyətimizin incilərinə, onların qorunub-saxlanmasına, milli-mənəvi dəyərlərimizə, klassik irsimizə dövlətimizin və dövlət başçısının yüksək münasibətinin təzahürüdür. Bu gün Nizami irsinin milli və bəşəri ideyaları geniş şəkildə öyrənilir və öyrədilir.
Nizami əsərlərinin bədii qiraəti müsabiqəsində münsiflər heyəti qismində Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi professor Rafiq Əliyev, həmin kafedranın baş müəllimi Afət Rəfiyeva, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə və Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müəllimi Balakişi İsgəndərovun iştrakı ilə seçim turu aparıldı.
Münsiflər heyəti tərəfindən iştirakçılar 10 bal üzrə qiymətləndirildi. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını qazandı.
Sonda müsabiqənin qaliblərinin adları açıqlandı: I yerə İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Sevinc Əbilzadə, II yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Aysel Mirzəli, III yerə Filologiya fakültəsinin II kurs tələbəsi Amil Məmmədov layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az