Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat kafedrası UDNTU-nun İqtisadi təhlükəsizlik kafedrası ilə birgə onlayn formatda dəyirmi masa təşkil etdilər
SDU-nun İqtisadiyyat kafedrası UDNTU-nun İqtisadi təhlükəsizlik kafedrası ilə birgə onlayn formatda dəyirmi masa təşkil etdilər
Noyabrın 25-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrası Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrası ilə birgə “Rəqəmsallaşma şəraitində tədris prosesinin transformasiyası” adlı onlayn formatda dəyirmi masa təşkil etdilər.
Tədbiri giriş sözü ilə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva açaraq iştirakçıları salamladı, tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, tədbirin keçirilməsində məqsəd rəqəmsallaşma şəraitində, xüsusilə pandemiya və postpandemiya dövründə əmək bazarının tələblərinə cavab verən iqtisadçı kadrların hazırlanması, ali məktəblərdə distant və hibrid təhsilin təşkili ilə əlaqədar kafedralarda tədrisin və elmi fəaliyyətin təşkili, təkmilləşdirilməsi məqsədilə təcrübə və fikir mübadiləsi aparmaqdır.
Dekan Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən, ölkələrində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında sıx çoxşaxəli əlaqələr Rusiya ‒ Azərbaycan Universitetləri Assosiasiyasının yaradılmasından sonra qurulub, hal-hazırda da bu əlaqələr uğurla davam edir. Aynurə Yəhyayeva bugünkü dəyirmi masanın universitetlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Bildirdi ki, belə görüşlərin keçirilməsi gənc tədqiqatçıların elmi işlərində mühüm əhəmiyyət kəsb edəcək, qurulan əməkdaşlıq əlaqələri ölkələrarası elm və təhsil mübadiləsinə öz töhfəsini verəcəkdir.
SDU-nun İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova mövzunun aktuallığından bəhs etdi. Rəqəmsallaşmanın və IV sənaye inqilabının kadrlara olan tələblərə də təsirsiz ötüşmədiyini, bu tələblərə cavab verən mütəxəssislərin hazırlanması üçün kafedraların işinin təkmilləşdirilməsinin vacibliyini qeyd etdi, İqtisadiyyat kafedrasında bu istiqamətdə görülmüş və görüləcək işlər haqqında iştirakçılara məlumat verdi.
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri dosent Olqa Mamatelaşvili dəyirmi masa iştirakçılarını salamladı, UDNTU-da distant və hibrid təhsilin təşkili, bu sahədə yaranmış çətinliklər, İqtisadi təhlükəsizlik kafedrasında bakalavriat və magistratura pillələrində kadr hazırlığının təşkili və inkişaf perspektivləri barədə məlumat verdi.
SDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi Məhəmməd Əhmədov rəqəmsallaşma dövründə iqtisadçılar hansı konpetensiyalara malik olmalıdırlar, ixtisas kafedraları öz işlərini neçə təşkil etməlidirlər kimi suallar ətrafında öz fikirlərini bildirdi, çalışdığı kafedrada bu istiqamətdə işlərin təşkili, IV sənaye inqilabının tələblərinə cavab verən iqtisadçı kadrların hazırlanması istiqamətində atılacaq addımlar barədə məlumat verdi.
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının dosenti Elvira Muhamadiyeva auditoriya və distant tədrisin nisbətinin müəyyənləşdirilməsinin vacibliyini, rəqəmsal texnologiyaların təhsil problemlərinin həllində bir alət olduğunu qeyd etdi.
Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının dosenti Elina Qabidulina universitetlər üçün aktual olan rəqəmsal təhsil xidmətlərinin keyfiyyətinin rəqəmsal kompetensiyaları mənimsəmiş iqtisadiyyatın rəqabətqabiliyyətli kadrlara tələbatı ilə uzlaşdırılması problemi və onun həlli yolları haqqında məlumat verdi.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az