Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Eşq və idrak şairi” adlı kitab çap olundu
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Eşq və idrak şairi” adlı kitab çap olundu
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar 05 yanvar 2021-ci ili tarixli Sərəncamı dahi şairin yaradıcılığına göstərilən diqqət və qayğının parlaq ifadəsidir. Sumqayıt Dövlət Universitetində də bu münasibətlə bir sıra tədbirlər keçirilir və bu silsilə tədbirlər davam etməkdədir. Universitetin Elmi Şurasının 07.07.2021-ci il tarixli qərarı ilə çap olunan “Eşq və idrak şairi” adlı məqalələr toplusu şairin 880 illik yubileyinə layiqli bir töhfədir. N.Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş bu kitabda Nizaminin intibah ideyaları, fəlsəfi-ürfani görüşləri, dünya ədəbiyyatına təsiri və s. haqqında məqalələr toplanmışdır. Topluya Sumqayıt Dövlət Universiteti əməkdaşlarının, eləcə də respublikamızın bir neçə elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan elm adamlarının, qardaş Türkiyənin Hacəttəpə və Bülənd Ecevit Universitetlərinin, Rusiyanın Moskva Dövlət Universitetinin alimlərinin məqalələri daxil edilmişdir.
Elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın elmi redaktoru və ön sözün müəllifi prof. Elxan Hüseynov, rəyçilər prof. Cəlil Nağıyev və prof. Avtandil Məmmədovdur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az