Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu i
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu i
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 noyabr tarixli 2995 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndin ikinci abzasında “300” rəqəmləri “360” rəqəmləri ilə, üçüncü abzasında “180” rəqəmləri “216” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.2-ci bəndin ikinci abzasında “170” rəqəmləri “204” rəqəmləri ilə, dördüncü abzasında “145” rəqəmləri “174” rəqəmləri ilə, beşinci abzasında “120” rəqəmləri “144” rəqəmləri ilə, altıncı abzasında “80” rəqəmləri “96” rəqəmləri ilə, səkkizinci abzasında “130” rəqəmləri “156” rəqəmləri ilə, doqquzuncu abzasında “110” rəqəmləri “132” rəqəmləri ilə, onuncu abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə əvəz edilsin;
1.3. 1.3-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin;
1.4. 1.4-cü bəndin ikinci abzasında “75” rəqəmləri “90” rəqəmləri ilə, üçüncü abzasında “60” rəqəmləri “72” rəqəmləri ilə, dördüncü abzasında “50” rəqəmləri “60” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2021-ci il 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az