Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənc alimlər şurası və Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının birgə təşkilatçılığı ilə vebinar keçirildi
Gənc alimlər şurası və Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının birgə təşkilatçılığı ilə vebinar keçirildi
Dekabrın 20-si SDU-nun Gənc alimlər şurası ilə Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının birgə təşkilatçılığı ilə vebinar keçirildi. Vebinarı giriş sözü ilə açan Gənc alimlər şurasının sədri dosent Xəyalə Mürsəliyeva iştirakçıları salamladı, onlara məruzəçi – AMEA-nın Radiasiya Problemləri İnstitutunun böyük elmi işçisi, “Elmdə Zəfər mükafatı-2021” müsabiqəsinin qalibi, 35 yaşlı gənc, fizika elmləri doktoru Elçin Hüseynov haqqında məlumat verdi.
Vebinarda Elçin Hüseynov “Neytron seli ilə nanomaterialların xüsusiyyətlərinin idarəolunma imkanları” adlı məruzə ilə çıxış etdi. O, çıxışında nəticə olaraq bildirdi ki, nanokristallik 3C-SiC hissəciklərini neytron transmutasiya üsulu ilə kristallik strukturu dəyişmədən n-tip aşqarlamaq mümkündür. SAED, EDP və rentgenstruktur analizlərindən məlum olmuşdur ki, şüalanmadan öncə və sonra 3C-SiC politipinin strukturunda heç bir dəyişiklik müşahidə olunmur. 3C-SiC nanokristallarının strukturuna uyğun qəfəs parametrləri a=b=c=4,377565 və ????=????=????=90° kimi müəyyən olunmuşdur.
Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az