Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Dekabrın 23-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, hər kəsə möhkəm cansağlığı, ailə səadəti, könül xoşluğu, qalib dövlətimizə nurlu sabahlar arzuladı, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi. Qeyd etdi ki, 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. Bu il Xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü son dərəcə böyük ruh yüksəkliyi ilə qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra bayram sevinci yaşanır, düşmənin dağıdıb viran qoyduğu, Azərbaycan dövlətinin bərpası və yenidənqurulmasını həyata keçirdiyi yurd yerlərimiz bu gün başqa bir büsata, başqa bir ovqata bürünüb. 2021-ci ilin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindəndir.
Rektor bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha ehtiramla yad etdi, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, qazilərimizi, hazırda xidmətdə olan şəxsi heyəti bir daha ürəkdən təbrik etdi, möhkəm cansağlığı və xidmətdə uğurlar arzuladı.
Sonra rektor gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və 2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə görülən işlərdən danışdı. Bildirdi ki, təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən sözügedən təhsil müəssisələrində cari tədris ilinin payız semestrinin imtahan sessiyası 3 yanvar 2022-ci il tarixindən əyani formada təşkil ediləcək. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində zəruri tədbirlər görülür və bu gün diqqətdə olan ən vacib məsələlərdən biri "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na hamının əməl etməsini diqqətə çatdırdı.
Tədris Metodik Şuranın sədri dosent Musa Mustafayev və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova akademik qruplarda keçirilmiş açıq dərslərin nəticələri haqqında məlumat verdilər.
Təsdiq olunmuş qrafiklər üzrə, həmçinin Tədris Metodik Şura tərəfindən qrafikdənkənar formada akademik qruplarda açıq dərslərin keçirilməsi məqsədəuyğun hesab edildi. Dərslərin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə ciddi nəzarətin təmin olunması kafedra müdirlərinə və fakültə dekanlarına tapşırıldı.
İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev tələbələrin təhsil haqlarının ödənilməsi barədə çıxış etdi. Təhsil haqlarının ödənişində borcu qalan tələbələrin qısa müddətdə təhsil haqlarının ödənilməsinin təmin edilməsinin fakültə dekanlarına tapşırıldığını diqqətə çatdırdı.
Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən SDU tələbələri arasında keçirdiyi sorğunun təhlili və Keyfiyyət Təminatı şöbəsinin akademik heyət arasında keçirdiyi sorğunun nəticələri barədə məlumat verdi. Qeyd etdi ki, Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən SDU-nun bakalavriat səviyyəsi üzrə 872 tələbəsi, magistratura səviyyəsi üzrə isə 37 magistrantı arasında sorğu aparılmışdır. Sorğuda iştirak edənlərin 80%-i təqdim olunan suallara müsbət cavab vermişdir. Nərmin Həsənova onu da qeyd etdi ki, SDU-nun Keyfiyyət təminatı şöbəsi tərəfindən 367 nəfərlik akademik heyət arasında sorğu keçirilmişdir. Sorğunun nəticələri müsbət qiymətləndirildi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az