Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Qaliblər mükafatlandırıldı
Qaliblər mükafatlandırıldı

Oktyabrın 22-də SDU-nun kitabxanasında universitetin Tələbə həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı  tələbələr arasında  “Harada?, Nə zaman?, Nə?” ənənəvi intellektual bilik yarışması keçirdi.
Tədbiri giriş sözü ilə açan SDU-nun Humanitar məsələlər üzrə prorektoru Nizami Namazov yarış iştirakçılarını universitetin rektoru adından salamladı və belə yarışların son illər daha tez-tez  keçirilməsinin əhəmiyyətindən danışdı və  yarış iştirakçılarına uğurlar arzuladı.
Ənənəvi bilik yarışında SDU-nun 7 fakültəsinin 7 komandası iştirak edirdi. Üç turda keçirilən bilik yarışında  üç yer uğrunda mübarizə yarış  boyu həyəcan və gərginliklə davam etdirildi. Otuz altı sualı əhatə edən bu yarış 2 saatdan artıq bir vaxtı əhatə etdi. Yarışın sonunda 3 komanda qalib hesab olundu.
I yerə Filologiya fakültəsinin “Naturalist”, II yerə İqtisadiyyat və İdarəetmə fakültəsinin “Akses” III yerə Tarix və Coğrafiya fakültəsinin “ Oveelvion” komandası çıxdılar.
I yerə layiq görülən Filologiya fakültəsinin “Naturalist” komandası kubok və müxtəlif hədiyyələr, II  və III yeri tutan iki komanda  isə mükafatlarla təltif olundular.
Qaliblərə hədiyyələri Humanitar məsələlər üzrə prorektor Nizami Namazov, Tədris hissə müdiri  İsabal Qurbanov, rektor məsləhətçisi Ulduz Ağayev təqdim etdilər.
Tələbə Həmkarlar Təşkilatının sədri Nemət İbayev tələbələrin asudə vaxtlarının səmərəli keçirimələri üçün yaradılan yeni-yeni layihələrin reallaşmasında yaratdığı şəraitə görə universitetin rektoru Elxan Hüseynova minnətdarlığını bildirdi. Həmçinin   yarışın sonuna qədər obyektivliyi təmin etdiklərinə görə appelyasiya komissiyasının  üzvləri Vüqar Ağayev və Seymur Salahova  təşəkkürünü bildirdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az