Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Şanlı Zəfər tarixi ilə qürurlanan xalqın Həmrəylik Günü” adlı tədbir keçirildi
“Şanlı Zəfər tarixi ilə qürurlanan xalqın Həmrəylik Günü” adlı tədbir keçirildi
Dekabrın 24-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Tarix və coğrafiya fakültəsinin professor- müəllim heyəti ilə Sosiologiya və politologiya ixtisası üzrə təhsil alan bir qrup tələbənin iştirakı ilə “Şanlı Zəfər tarixi ilə qürurlanan xalqın Həmrəylik Günü” adlı tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekan müavini dosent Cavid Məmiyev açaraq, tədbir iştirakçılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, ən xoş arzularını çatdırdı. Dosent Cavid Məmiyev bu əlamətdar tarixin qeyd olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışdı. Bildirdi ki, Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan etmiş, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılmışdır. Dekan müavini onu da əlavə etdi ki, həmrəylik istər bu gün, istərsə də gələcək zaman çərçivəsində Azərbaycan xalqının ilk birlik carçısıdır. Üzərindən illər, əsrlər keçsə belə, vicdan, şərəf, birlik amillərini hər şeydən üstün tutan Azərbaycan xalqının həmrəyliyinin pozulması və ona kənar amillərin müdaxiləsi mümkün deyil. Bu gün bütün dünya 44 gün ərzində Azərbaycan xalqının məğrurluğuna, yenilməzliyinə, birliyinə, ordusunun gücünə və Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyətinə şahidlik etdi.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin tələbəsi Orxan Dadaşov “Şanlı Zəfər tarixi ilə qürurlanan xalqın Həmrəylik Günü”ə dair təqdimatla çıxış etdi.
Tələbələr: Əli Əliyev “Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin həmrəylik yolunda qoyduğu müstəsna izlər”, İqbal Sadıqov “Həmrəyliyin əsas olaraq həyatımızda rolu”, Aslan Yusifzadə “Diaspora və lobbiçiliyn həmrəyliyimizdə rolu” mövzularında çıxışları dinlənildi. Bildirildi ki, Azərbaycanın istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə qazandığı uğurlar, əldə olunan tarixi zəfər bir daha onu göstərdi ki, dövlətlə xalqın birliyinin aşa bilməyəcəyi heç bir əngəl yoxdur. Ataların məşhur məsəlindəki “El bir olsa, dağ oynadar yerindən” ifadəsi Vətən müharibəsində Azərbaycanın zəfəri ilə bir daha öz təsdiqini tapdı.
Sonra “Həmrəylik yolu” adlı videoçarx nümayiş olundu.
Daha sonra isə tələbələr arasında həmrəylik haqqında düşüncələri və bu yolda atıla biləcək addımları haqqında fikir mübadiləsi fonunda debat təşkil edildi.
Qeyd edək ki, tədbirin təşkil olunmasında Fəlsəfə, sosiologiya kafedrasının əməkdaşları, o cümlədən Nərgiz Yusifova xüsusi fəallıq göstərdilər. Qeyd etdilər ki, Azərbaycan birlik, həmrəylik, güvən ölkəsidir. Ölkəmizin sarsılmaz həmrəyliyi heç zaman pozulmasın!!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az