Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İmtahan öncəsi stress və onun aradan qaldırılması yolları” mövzusunda vebinar keçirildi
SDU-da “İmtahan öncəsi stress və onun aradan qaldırılması yolları” mövzusunda vebinar keçirildi
Yanvarın 4-də Tələbə Gənclər Təşkilatının Psixologiya dərnəyi və Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “İmtahan öncəsi stres və onun aradan qaldırılması yolları” mövzusunda vebinar keçirildi.
Vebinarı TGT Psixologiya dərnəyinin sədri Nəzrin Tağızadə açaraq, vebinarın əhəmiyyətindən və TGT-nin bu istiqamətdə gördüyü işlərdən danışdı. Qeyd etdi ki, imtahanda yaxşı nəticələr əldə edə bilmək üçün tələbələrin ilk öncə özlərinə güvəni olmalıdır.
Pedaqogika və psixologiya kafedrasının dosenti Kəmalə Salamova imtahan qorxusu, stres vəziyyətinin əlamətləri, bu vəziyyətdən çıxış yolu haqqında məlumat verdi. Bildirdi ki, imtahan stresi şəxsdə bir çox sferada öz əlamətlərini göstərə bilər. Xüsusən də, emosional, fizioloji, zehni və davranışla bağlı dəyişikliklərin olmasına səbəb olur. Dosent Kəmalə Salamova onu da qeyd etdi ki, imtahan nə qədər əhəmiyyətlidirsə, həyəcan da bir o qədər çoxdur. Bu səbəbdən imtahanqabağı təlaşı aradan qaldırmaq üçün uğurları, imtahan prosesi ilə bağlı müsbət keyfiyyətləri və gələcəklə bağlı gözəl günləri düşünmək lazımdır. Bu, tələbələrdə özünə və gücünə inam yaradacaq.
Vebinarda imtahan müddətində həyəcan və təşviş halları yaşandıqda nə etməli və hansı effektiv texnikalardan istifadə edə biləcəkləri tələbələrə tövsiyə olundu. Tələbələri maraqlandıran suallar cavablandırıldı. 2021‒2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrə uğurlar arzulandı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az