Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Gənc Alimlər Şurasının təşkilatçılığı ilə “Azərbaycan xalqının mübarizə tarixi və Şuşa” mövzusunda vebinar keçirildi
SDU-nun Gənc Alimlər Şurasının təşkilatçılığı ilə “Azərbaycan xalqının mübarizə tarixi və Şuşa” mövzusunda vebinar keçirildi
Yanvarın 5-də SDU-nun Gənc Alimlər Şurasının təşkilatçılığı ilə “Azərbaycan xalqının mübarizə tarixi və Şuşa” mövzusunda vebinar keçirildi. Vebinarı giriş sözü ilə açan Gənc Alimlər Şurasının sədri dosent Xəyalə Mürsəliyeva iştirakçıları salamladı, Prezident İlham Əliyevin Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalaması münasibətilə hər kəsi təbrik etdi, onlara məruzəçi – Bakı Dövlət Universitetinin Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, Bakı Universitetinin Elmi xəbərləri jurnalının Humanitar elmlər seriyasının redaksiya heyətinin üzvü, məsul katib, “Qarabağ Azərbaycandır!” Zəfər epopeyası”nın həmmüəllifi, tarix üzrə fəlsəfə doktoru, dosent Səidə Quliyeva haqqında məlumat verdi.
Səidə Quliyeva çıxışında Azərbaycan xalqının erməni millətçilərinə qarşı mübarizəsi, Azərbaycan dövlətinin Birinci Qarabağ müharibəsindən sonra işğalçı düşmən tapdağından öz ərazilərini azad etmək üçün gördüyü tədbirlər, Vətən müharibəsi və Şuşa əməliyyatı, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olmasını ətraflı izah etdi. Azərbaycan xalqının erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə və soyqırımlarına qarşı mübarizəsində Şuşa şəhərinin mühüm mərkəz olmasını tutarlı faktlarla əsaslandırdı. Məruzəçi sonda qeyd etdi ki, 1905‒1906, 1918‒1920, 1988‒1992 və 2020-ci il döyüşləri zamanı mədəniyyət beşiyi olan Şuşa Azərbaycan xalqının separatizmə, soyqırımı və etnik təmizləmə, terrora qarşı mübarizəsinin mərkəzi olmuşdur. Məhz bu səbəbdən də Şuşa səhərinin işğaldan azad edilməsi qarşı tərəfin kapitulyasiyası və hərbi əməliyyatlarının dayandırılmasına səbəb olmuşdur.
Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az