Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ABŞ-ın Azərbaycandakı Səfirliyi və SDU-nun birgə təşkilatçılığı ilə keçirilən təlimlərin I mərhələsi başa çatdı
ABŞ-ın Azərbaycandakı Səfirliyi və SDU-nun birgə təşkilatçılığı ilə keçirilən təlimlərin I mərhələsi başa çatdı
ABŞ-ın Azərbaycandakı Səfirliyi və SDU-nun birgə təşkilatçılığı ilə keçirilən təlimlərin I mərhələsi yekunlaşdı.
Məlumat verdiyimiz kimi, oktyabrın 18-dən SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşəbbüsü ilə universitetin ingilis dili müəllimlərini beynəlxalq səviyyədə tətbiq edilən yeni tədris metodları ilə tanış etmək və dil bacarıqlarının akademik səviyyədə istifadəsini inkişaf etdirmək məqsədilə ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən “Akademik məqsədlər üçün ingilis dili” adlı 11 həftəlik təlimlərə start verilmişdir.
“Akademik məqsədlər üçün ingilis dili” və “İngilis dilində akademik yazı” kursunun təlimçisi, ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən təqdim olunmuş ingilis dilinin tədrisi metodikası və “TESOL” üzrə mütəxəssis Maykl Moak idi. Təlimin yekununda ümumi onlayn imtahan təşkil olundu. Təlimlərdə aktiv iştirak edərək yüksək müvəffəqiyyət göstəricisi əldə etmiş iştirakçılar ABŞ Səfirliyinin sertifikatlarına layiq görüldülər.
Qeyd edək ki, cari ilin fevral ayının 15-dən təlimlərin növbəti mərhələsi SDU-nun digər fənlərini tədris edən müəllim-pedaqoji heyəti üçün nəzərdə tutulur.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az