Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər xiyabanını ziyarət etdilər
Tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər xiyabanını ziyarət etdilər
Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan 20 Yanvar faciəsinin 32-ci ildönümü böyük ehtiramla qeyd olunur.
Yanvarın 18-də Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatlarının təşəbbüsü ilə 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, tələbələrimiz Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı kompleksini ziyarət etdilər. Onlar Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş oğul və qızlarımızın xatirəsini yad etdilər, məzarları üstünə tər qərənfillər düzdülər.
Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri Nemət İbayev çıxış edərək Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışdı. Qeyd etdi ki, 20 Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Çünki həmin gün öz xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın şəhid qanları ilə yeni tarixi yazıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az