Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da imtahanların gedişini izləmək üçün növbəti “Açıq qapı” günü təşkil olundu
SDU-da imtahanların gedişini izləmək üçün növbəti “Açıq qapı” günü təşkil olundu
Yanvarın 21-də Sumqayıt Dövlət Universitetinin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər və KİV nümayəndələrinin iştirakı ilə 2021–2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişatı izlənildi.
Müşahidəçiləri Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qəbul etdi və onlara payız imtahan sessiyasının təşkili və gedişatı barədə məlumat verdi. Bildirdi ki, imtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 10.12.2021-ci il tarixli F-570 saylı əmrinə müvafiq olaraq ənənəvi formada keçirilir. Sumqayıt Dövlət Universitetində payız imtahan sessiyasının 2022-ci ilin yanvarın 5-dən fevralın 2-dək keçirilməsi nəzərdə tutulub. Prorektor onu da qeyd etdi ki, imtahanların şəffaf keçirilməsi üçün universitetdə bütün lazımi şərait yaradılıb. İmtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Apellyasiya komissiyası, eyni zamanda imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə İmtahan qərargahı yaradılmışdır. İmtahanlarda iştirakçılıq və müvəffəqiyyət göstəricilərinin ürəkaçan səviyyədə olduğunu diqqətə çatdıran prorektor onu da qeyd etdi ki, sessiya dövründə universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günləri təşkil edilir. Bu da tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin olunmasından xəbər verir.
Sonra valideynlər və KİV nümayəndələri ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə etdilər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandılar.
“Açıq qapı” gününün iştirakçıları yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, universitetin gündən-günə artan nüfuzunun daha da möhkəmlənməsində uğurlar, müvəffəqiyyətlər arzuladılar.
 
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az