Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız ERASMUS+Milli Ofisinin təlim sessiyasında iştirak etdi
Əməkdaşımız ERASMUS+Milli Ofisinin təlim sessiyasında iştirak etdi
Məlum olduğu kimi, Avropa Birliyi tərəfindən maliyyələşdirilən ali təhsildə potensialın gücləndirilməsi layihələrinin 2022-ci il üçün çağırışları artıq 12 yanvar tarixindən başlamışdır.
Avropa Birliyinin rəsmi saytında layihələrə müraciət mexanizmində yeni dəyişikliklərlə bağlı məlumat verilmişdir.
Yenilikləri daha da praktik şəkildə izah etmək məqsədilə yanvarın 21-də Avropa Birliyinin Azərbaycan Ofisinin təşkilatçılığı ilə təlim sessiyası baş tutdu.
ERASMUS+Milli Ofisinin rəhbəri Pərviz Bağırovun moderatorluğu ilə baş tutan sessiyada layihə planlamasının yeni tərtibatı, müraciət üçün qoyulan tələblər, mövzuların seçilməsində üstünlük verilən prioritet istiqamətlər barədə ətraflı məlumat verildi. Təlim sessiyasını daha da praktik və maraqlı etmək məqsədilə moderator Avropa Birliyi saytında yerləşdirilən standart forma üzərində bir layihə planının yazılmasının eskiz variantını həyata keçirərək, sual yaradan məqamlara aydınlıq gətirdi.
Təlim sessiyasına Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq fəaliyyət istiqaməti üzrə məsul şəxsləri qoşulmuşdur.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az