Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tempus layihəsi çərçivəsində “Layihə Məlumat Günü” keçirildi
Tempus layihəsi çərçivəsində “Layihə Məlumat Günü” keçirildi

Sumqayıt Dövlət Universitetində "Beynəlxalq əlaqələr sahəsində idarəçiliyin inkişaf etdirilməsi və təkmilləşdirilməsi (UNİVİA)" adlı Tempus layihəsi çərçivəsində  “Layihə Məlumat Günü” (Project Info Day) keçirildi.
Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov öncə qonaqları unversitetin rektoru, professor Elxan Hüseynovun adından  salamladı və onları unversitetimizdə görməyindən məmnun olduğunu bildirdi. Ölkəmizdə aparılan təhsil islahatlarından, universitetimizin maddi-texniki bazasının təkmilləşdirilməsindən, tədris olunan təhsilin keyfiyyətindən və beynəlxalq əlaqələrindən ətraflı məlumat verdi.
ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov TEMPUS UNIVIA layihəsinin iki il fəaliyyət müddəti ərzində görülən işlərdən, əldə olunan uğurlardan danışdı. Layihənin reallaşmasında yaxından iştirak edən Təhsil Nazirliyinə və tərəfdaş universitetlərə təşəkkürünü bildirdi.
Vurğuladı ki, Sumqayıt Dövlət Universiteti UNİVİA Tempus layihəsi çərçivəsində Britaniyanın Vorvik, İtalyanın Boloniya, İspanyanın Malaqa və Santyaqo de Kompostella, Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti və Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tacikistanın Xucand Dövlət Universiteti və Sahibkarlıq və Xidmət İnstitutu, Qırğızıstan Beynəlxalq Universiteti,  Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti ilə tərəfdaş qismində əməkdaşlıq edir.  Qeyd edək ki, layihənin partnyorları sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ukrayna, Tacikistan və Qırğızıstan Respublikası Təhsil Nazirlikləri də vardır.
Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Hümbətov Avropa və Asiyanın ən əhəmiyyətli TEMPUS UNIVIA layihəsini nazirliyin  dəstəklədiyini və yüksək qiymətləndirdiyini bildirdi.
Layihənin SDU üzrə koordinatoru, Xarici dil kafedrasının müdiri, professor Nigar İsgəndərova Vorvik Universitetinə olan səfərindən, yaranma tarixindən, Böyük Britaniyanın aparıcı universiteti olmasından danışdı.
Tədbirdə layihənin universitetlərdə beynəlxalq əməkdaşlıq sahəsinin inkişafına göstərdiyi təsirdən bəhs edilib və layihə çərçivəsində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında geniş məlumat verildi.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı və geniş fikir mübadiləsi aparıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az