Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gənclər və idman naziri Sumqayıtda gənclər təşkilatlarının nümayəndələri ilə görüşdü
Gənclər və idman naziri Sumqayıtda gənclər təşkilatlarının nümayəndələri ilə görüşdü
Yanvarın 24-də Sumqayıtda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov intellektual inkişaf sahəsində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri ilə görüşdü.
Sumqayıt Gənclər Evində keçirilən görüşdə səkkiz gənclər təşkilatının, eləcə də Sumqayıtda fəaliyyət göstərən gənclər birliklərinin rəhbərləri iştirak etdilər.
Nazir əvvəlcə Sumqayıt Gənclər Evinin fəaliyyəti ilə tanış oldu və burada yaradılmış şəraitlə maraqlandı.
Söhbət zamanı ölkəmizdə gənclərin intellektual hərəkata marağı qeyd olundu. Şən və Hazırcavablar Klublarının rəhbərləri ölkə xaricində iştirak etdikləri yarışlar, qazandıqları uğurlar barədə məlumat verdilər. Kompüter oyunları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri hazırda bütün dünyada bu hərəkatın sürətlə inkişaf etdiyini və ölkəmizin də bu proseslərdə fəal təmsil olunduğunu bildirdilər.
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxış edərək gənclərə göstərilən dövlət qayğısından danışdı və təşkilatın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi.
Görüşdə bu sahədə sistemli işin qurulması, xüsusilə də regionlarda təşəbbüslərin artırılması və dəstəklənməsi üçün layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı, qeyri-hökumət təşkilatları ilə yerli gənclər və idman idarələrinin daha sıx əməkdaşlığının əhəmiyyəti qeyd olundu. Gənclərin virtual məkanda fəaliyyətinin səmərəli istiqamətə yönəldilməsi üçün müvafiq tətbiqlərin hazırlanması, eləcə də düşərgə-məktəb formatında düşərgələrin təşkili məsələsi müzakirə edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az