Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız ADA-da keçirilən ATM-lərin prorektor və daxili keyfiyyət təminatından məsul struktur rəhbərləri ilə olan görüşdə iştirak etdilər
Əməkdaşlarımız ADA-da keçirilən ATM-lərin prorektor və daxili keyfiyyət təminatından məsul struktur rəhbərləri ilə olan görüşdə iştirak etdilər
Yanvarın 28-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrində daxili keyfiyyət təminatına dəstək məqsədilə növbəti tədbir təşkil etdi. TKTA və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən görüşdə 32 müxtəlif ali təhsil müəssisəsinin prorektor və daxili keyfiyyət təminatından məsul struktur rəhbərləri iştirak etdilər. Tədbirdə Sumqayıt Dövlət Universitetini Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova təmsil etdilər.
Görüşün əsas məqsədi ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı strukturlarına (bölmələrinə) dəstəyin təmin olunmasıdır.
Görüşün əvvəlində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və TKTA-nın idarə heyətinin sədri Ülkər Səttarova görüş iştirakçılarını salamladılar. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Elmar Mustafayev görüş iştirakçılarını keçirilmiş tələbə sorğusunun, eləcə də 15 ATM-də öncəki akkreditasiya zamanı verilmiş tövsiyələrin icrasının monitorinqinin nəticələri ilə tanış etdilər.
Daha sonra isə ADA Universiteti və Bakı Ali Neft Məktəbi öz daxili keyfiyyət təminatı modellərini tədbir iştirakçılarına təqdim etdilər.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az