Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Atırau Universiteti arasında elmi-metodiki seminar təşkil edildi
SDU ilə Atırau Universiteti arasında elmi-metodiki seminar təşkil edildi
Fevralın 1-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsi və Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin İqtisadiyyat və hüquq fakültəsinin birgə təşkilatçılığı ilə ikili diplom, təhsil sisteminin inkişafı və təhsil proqramlarının təkmilləşdirilməsinə dair onlayn formatda universitetlərarası elmi-metodiki seminar keçirildi.
Seminarın spikerləri: Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva və Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin İqtisadiyyat və hüquq fakültəsinin dekanı dosent Elmira Adiyetova oldu. Spikerlər iki universitet arasında əməkdaşlıq müqaviləsinin yenidən 5 il müddətində uzadılmasının universitetlər arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin təzahürü olduğunu qeyd etdilər.
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə qurulan əlaqələrin vacibliyindən bəhs etdi. Bildirdi ki, SDU beynəlxalq əməkdaşlığa və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verir. 16‒17 dekabr 2021-ci il tarixlərində SDU-da “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişafı problemləri” mövzusunda keçirilmiş Beynəlxalq elmi konfransda Qazaxıstan Respublikasının X.Dosmuxamedov adına Atırau Universitetinin İqtisadiyyat və hüquq fakültəsinin dekanı dosent Elmira Adiyetovanın və həmin universitetin dosenti Ayman Musayevanın əyani iştiraklarını xüsusilə qeyd etdi.
Seminarda professor-müəllim heyəti və tələbə mübadiləsinin aparılması, ikitərəfli birgə seminarların və konfransların təşkili, birgə tədqiqat layihələrində əməkdaşlıq, iki universitet arasında ikili diplom, təhsil sisteminin inkişafı və təhsil proqramlarının təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Seminarda Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri, Əməkdar müəllim, dosent Məlahət Pənahəliyeva, Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov, İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, Mühasibat uçotu və maliyyə kafedrasının müdiri dosent Loğman Abdullayev iştirak etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az