Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Gənclər Təşkilatı “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görüldü
SDU-nun Tələbə Gənclər Təşkilatı “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görüldü
Yanvarın 31-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2 Fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının “I Strateji Planlaşdırma Forumu” keçirildi.
Rəsmi və qeyri-rəsmi hissədən ibarət olmaqla, 120 nəfər tələbənin iştirak etdiyi forumun keçirilməsində əsas məqsəd ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlama aparılmasına dəstək olmaq idi. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayan tədbir ATGTİ-nin baş katibi Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə davam etdi.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Şahin İsmayılov və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin iştirakı ilə “Qarşıya qoyulmalı hədəflər və bizlərdən gözləntilər” mövzusunda tələbələrlə panel görüş keçirildi. Daha sonra ATGTİ-nin sədri Pərviz Mirələmli çıxış edərək tələbə gəncləri təbrik etdi.
Rəsmi hissə TGT-lərin, TGT sədrlərinin və aktiv üzvlərin mükafatlanması ilə yekunlaşdı. Qeyd edək ki, forum zamanı Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı 2021-ci ildə ölkədə ictimai və sosial əhəmiyyətli tədbirlərin həyata keçirilməsində “İlin Tələbə Gənclər Təşkilatı” nominasiyasına layiq görüldü.
Qeyri-rəsmi hissə ATGTİ tərəfindən hazırlanan Strateji Plan sənədinin təqdimatı, müzakirəsi, işçi qruplar çərçivəsində dəyərləndirilməsi, qrupların, fasilitatorların və rollarının müəyyən olunması, aparılacaq fəaliyyətlərin izah olunması ilə öz işinə başladı. Daha sonra gənclər təşkilatları rəhbərlərinin iştirakı ilə növbəti panel görüş baş tutdu. Beləliklə, forum çərçivəsində işçi sənəd hazırlandı, Tələbə Klublarının Keyfiyyət Strategiyası və Əsasnaməyə edilə biləcək dəyişikliklər müzakirə olundu. Təqdim edilən sənədlərin qəbulu ilə Strateji Planlaşdırma Konfransı yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az