Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları ““İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsində iştirak etdilər
SDU-nun əməkdaşları ““İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsində iştirak etdilər
Məlum olduğu kimi, “Ali və orta ixtisas təhsilinin 2021‒2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində dəstəklənən 9 layihənin icrasına başlanılıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki universitetlərdə, paytaxt Bakı ilə yanaşı, Lənkəran, Mingəçevir və Naxçıvandan təyin olunmuş prioritet üç istiqamət: Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin beynəlxalq akademik mobilliyinin (xaricdən Azərbaycana və əksinə) təmin edilməsi; Təhsil müəssisələrinin elmi potensialının artırılması və elmi tədqiqat platformalarının istifadəsinin təmin edilməsi; İxtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi kateqoriyaları üzrə 9 layihə həyata keçirilir. Qeyd edək ki, "Naxçıvan" Universiteti ixtisaslar üzrə yeni və müasir tədris məzmununun hazırlanması və tətbiqi kateqoriyasında ““İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi ilə qrant qazanmışdır.
Bu məqsədlə fevralın 7-də "Naxçıvan" Universitetində onlayn formatda ““İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi üzrə vebinar keçirildi. Vebinarda Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının əməkdaşları iştirak etdilər və lahiyənin əhəmiyyətindən bəhs etdilər. Bildirdilər ki, "İnsan-kompüter interfeysləri" ‒ erqonomika, psixologiya, kompüter elmləri, informasiya texnologiyaları, informatika, avtomatlaşdırılmış idarəetmə nəzəriyyəsi və s. bu kimi elmlərin nailiyyətlərini özündə birləşdirərək aktiv inkişaf edən bir tədqiqat sahəsidir. Hal-hazırda İnsan-kompüter qarşılıqlı əlaqəsi [Human-Computer Interaction] problemi avtomatlaşdırılmış sistemlərin yaradılması sahəsində əsas məsələlərdən biridir. Onu da qeyd etdilər ki, kafedranın əməkdaşları layihə üzrə keçirilən vebinarlarda və müxtəlif tədbirlərdə müntəzəm olaraq fəal iştirak edirlər. Kafedranın baş müəllimi Svetlana Əhmədovanın rəhbərliyi ilə əməkdaşlar tərəfindən “İnsan-kompüter interfeysləri” sahəsində dərs vəsaiti və assistenti Mehriban Səlimova tərəfindən laboratoriya işlərinin yerinə yetirilməsi üçün metodik vəsait hazırlanır.
Layihənin məqsədi İnsan-kompüter interfeysləri fənnini tədris edəcək potensial müəllimləri seçmək və fənnin tədris proqramını və dərsliyini hazırlamaqdır. Dünya sıralamasında 601‒800 arası yerdə olan Türkiyənin Orta Şərq Texniki Universitetində prof. Kürşat Çağıltayın rəhbərliyi ilə TUBİTAK layihəsi ilə Türkiyədə ilk İnsan-kompüter qarşılıqlı əlaqəsi laboratoriyası 2005-ci ildə qurulmuşdur. Layihə ilkin etapda mütəxəssis hazırlığı, eyni zamanda akademik mobillik vasitəsilə laboratoriyanın işi ilə yaxından tanış olmaq və yenilikləri ölkəmizə gətirmək məqsədi güdür. Onlayn təlimlər zamanı müvəffəqiyyət qazanmış və təlimçi və ekspertin müsbət rəyini almış 10 nəfər namizəd, ODTÜ-nün İnsan-kompüter qarşılıqlı əlaqəsi laboratoriyası ilə tanış olmaq üçün Ankara şəhərinə 10 günlük ezamiyyətə göndəriləcək.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az