Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil olundu
SDU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil olundu
Fevralın 25-də Sumqayıt Dövlət Universitetinin Akt zalının foyesində karantin qaydalarına əməl olunmaqla Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət sərgi təşkil olundu.
Sərgidə universitetdə təhsil alan yerli və əcnəbi tələbələrin Xocalı soyqırımına həsr edilmiş əsərləri nümayiş etdirildi. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçəklərə də, ağsaqqallara də, südəmər körpəyə də güllə atması təsvir edilmiş, düşmənə nifrət və Xocalıya ədalət çox canlı şəkildə əks olunmuşdu.
Sərgi ilə tanış olan rektor professor Elxan Hüseynov çıxış edərək 26 Fevral Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağlasığmaz bir cinayət olduğunu qeyd etdi. Sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, tələbələr arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı tələbələri aşkara çıxarmaq məqsədilə keçirildiyini söylədi.
Rektor gənclərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə etdi, Xocalı faciəsinə həsr edilmiş incəsənət əsərlərinin bu işdə mühüm amil olduğunu vurğuladı və tələbələrə zəhmətlərinə görə təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az