Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Təhsil Nazirliyinin tədbirində
SDU-nun əməkdaşları Təhsil Nazirliyinin tədbirində
Fevralın 25-də Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin nümayəndələri ilə “Əcnəbi tələbələrin məmnuniyyət və narazılıqlarının ölçülməsi" adlı tədqiqatın təqdimatı baş tutdu.
Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun mütəxəssisi Əkbər Əliyevin moderatorluğu ilə keçirilən tədbirdə ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş üzrə məsul şəxslər iştirak etdilər.
Tədbirin əsas məqsədi 2021-ci ilin noyabr ayında Təhsil Nazirliyinin mentorluq proqramı çərçivəsində Çin Xalq Respublikasının Pekin Dillər Universitetində “Azərbaycan dili” kafedrasının müdiri vəzifəsində çalışan Aqşin Əliyevin "Əcnəbi tələbələrin məmnuniyyət və narazılıqlarının ölçülməsi" mövzusunda apardığı sosioloji sorğunun nəticələrinin təhlilinə əsaslanaraq, qarşıya qoyulmuş məqsədə çatmaq üçün ehtiyac meyarlarını aşkara çıxarmaq idi.
Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr arasında keçirilən sorğuda 15 universitet üzrə 384 respondent iştirak etmişdir. Sorğu nəticələrinin təhlilini özündə əks etdirən təqdimatın nümayişindən sonra tədbir iştirakçıları mövzu ilə bağlı sual və tövsiyələrini verdilər.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Qafar Atayev və Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az