Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar açıqlandı
Xaricdə təhsil proqramı üzrə üstünlük veriləcək prioritet ixtisaslar açıqlandı
Fevralın 28-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” hazırlanmışdır.
Sənəddə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının prioritet istiqamətləri açıqlanmış, sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı təsdiq olunmuşdur:
- informasiya texnologiyaları;
- mühəndislik;
- statistika və verilənlərin təhlili;
- fundamental və tətbiqi elmlər;
- ictimai səhiyyə;
- təhsil;
- ətraf mühit;
- aviasiya və kosmos;
- dövlət idarəetməsi;
- nəqliyyat və logistika;
- energetika;
- iqtisadiyyat;
- maliyyə;
- arxitektura və dizayn;
- kənd təsərrüfatı. Ətraflı məlumat üçün: https://president.az/az/articles/view/55540 linkə müraciət edə bilərsiz.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az