Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində Millət vəkilləri ilə tələbələrin görüşü keçirildi
Sumqayıt Dövlət Universitetində Millət vəkilləri ilə tələbələrin görüşü keçirildi
Martın 2-də Sumqayıt Dövlət UniversitetindəMillətvəkilləri ilə tələbələrin“Azərbaycanda qadın və gənclər siyasəti”mövzusundagörüşü keçirildi.
Öncə SDU-nun rektoruprofessor Elxan Hüseynov və Millət vəkilləri universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qonaqlar Ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu öndərə həsr olunmuş kitablara baxış keçirdilər.Millət vəkilləri: Hicran Hüseynova və Emin Hacıyev xatirə kitabında ürək sözlərini qeyd etdilər.
Sonra Millət vəkilləri ilə görüşBöyük Akt zalında davam etdi.
Universitetin rektoru professor Elxan Hüseynov qonaqları, tədbir iştirakçılarını salamladı,onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi və mövzunun aktual məsələlərə həsr olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, cəmiyyət, gənclər siyasəti, ailə və qadın problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir,ölkəmizdə hər iki siyasət uğurla davam edir. Rektor xüsusilə vurğuladı ki, Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir.
Rektor onuda vurğuladı ki,tarixən hər bir xalq xoşbəxt gələcəyinə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Gənc nəslin yetişdirilməsi ölkədə prioritet məsələlərdən biridir. Gənclər ən dinamik zümrə kimi ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. 44 günlük uğurlu Vətən savaşı bir daha onu göstərdi ki, ölkəmizin gələcəyi əmin əllərdədir. İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu göstərdi. Gənclərimiz həm döyüş meydanında, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini mərdliklə nümayiş etdirdilər. Dövlət başçısı cənab İlham Əliyevin çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdilər. Üçrəngli Dövlət Bayrağımız dədə-baba torpağımız olan Qarabağda dalğalandırıldı. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.Qürur hissi keçiririk ki, həmin gənclər arasında Sumqayıt Dövlət Universitetinin də yetirmələri var. Gənclərə vətənpərvərlik hissini aşılayan universitetimiz şəhidlərimizin əziz xatirəsini daima anır. SDU-da vətənpərvərlik hissinin çox yüksək olduğunu vurğulayan rektor tələbələri şəhidlərimizin adına layiq olmağa, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırdı.
Rektor onu da diqqətə çatdırdı ki, bu gün Sumqayıt Dövlət Universitetində təhsilin bütün pillələri, o cümlədən elmlər doktoru proqramı üzrə kadr hazırlığı aparılır.
41 saylı Sumqayıt birinci seçki dairəsindən Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədriHicran Hüseynovarektor professor Elxan Hüseynovu və kollektivi salamladı, tədbirə dəvət olunduğuna görə dərin təşəkkürünü bildirdi və “Azərbaycanda qadın siyasəti” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd etdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.
43 saylı Sumqayıt üçüncü seçki dairəsinin Millət vəkili Emin Hacıyevtədbir iştirakçılarını salamladı və “Azərbaycanda gənclərin inkişafı və xaricdə təhsil məsələləri” mövzusunda məruzə ilə çıxış etdi, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən, Prezident cənab İlham Əliyevin gənclərə diqqət və qayğısından danışdı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” haqqında məlumat verdi. Bildirdi ki, Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib və bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra dövlət proqramları təsdiq olunub.
Millət vəkilləri tələbələrlə müxtəlif mövzularda fikir mübadiləsi apararaq onları maraqlandıran sualları cavablandırdılar, gənclərə təhsillərində uğurlar arzuladılar, Sumqayıt Dövlət Universitetində aldıqları təhsilin onların gələcək uğurları üçün baza rolunda çıxış edəcəyinə əminliliklərini ifadə etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az