Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi şuranın növbəti iclası keçirildi
Elmi şuranın növbəti iclası keçirildi

İyulun 11-də SDU-nun Elmi şurası səs çoxluğu ilə işə başladı. İclası giriş sözü ilə açan sədr Elxan Hüseynov şura üzvlərini salamladı və universitetimizin maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən danışdı.
Əvvəlcə Tədris hissəsinin müdiri, dosent İsabal Qurbanov bakalavr səviyyəsi üzrə yaz imtahan sessiyasının, IV kurs tələbələrinin dövlət imtahanlarının və buraxılış işlərinin müdafiəsinin nəticələri barədə ətraflı məlumat verdi və vurğuladı ki, 100 nəfərə  yaxın tələbə şifahi sorğuya müraciət edərək imtahan ballarını artırmışlar.
Qiyabi, distant və əlavə təhsil üzrə prorektor, dosent Qafar Atayevin qiyabi təhsil üzrə 2014-2015-ci tədris ilinin yaz imtahan sessiyasının nəticələri və Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Ramiz Hüseynovun magistr səviyyəsində yaz imtahan sessiyasının və magistr dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə hesabatları dinlənildi. Fakültə dekanları yaz imtahan sessiyası ilə bağlı şura üzvlərinə məruzə ilə çıxış etdilər.
İclasda hesabatları dinləyən sədr Elxan Hüseynov SDU-nun il ərzində fəaliyyətini yüksək qiymətləndirdi  və yaz imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi ilə bağlı məmnunluğunu ifadə etdi. Professor Elxan Hüseynov  2015-2016-cı tədris ilinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Elmi katib, dosent Aqil Hüseynov 2015-2016-cı tədris ili üçün Elmi Şuranın iş planının təsdiqi barədə iclas iştirakçılarına məlumat verdi.
Cari məsələlərin müzakirəsi zamanı Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, dosent Turqay Hüseynov fiziki imkanları məhdud olan tələbələr üçün mərkəzin əsasnaməsinin təsdiqi barəsində danışaraq bildirdi ki, artıq mərkəzin fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb. Bərk cisimlər fizikası kafedrasının dosenti Samir Orucov ABŞ-da İntel şirkətinin təşkil etdiyi Təhsil Akademiyasında keçdiyi təcrübə haqqında fikirlərini bölüşdü.
İclasda Tədris Metodiki Şurasının sədri, professor  Məhəmməd Əhmədovun yeni ixtisaslar üçün tədris planlarının, sillabusların hazırlanması barəsində hesabatı ətrafında fikir mübadiləsi aparıldı. Professor Nadir Kazımovun Apelyasiya Komissiyasının hesabatı, professor Şirxan Səlimovun Qaynar xətt və imtahan qərargahının hesabatı maraqla dinlənildi.
Rektor Elxan Hüseynov Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, dosent Həmid Alıyevi Ali Attestasiya Komitəsinin doktorluq diplomu alması münasibətilə Elmi şuranın üzvləri adından təbrik etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az