Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin baş müəllimi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin baş müəllimi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Metrologiya və standartlaşdırma kafedrasının baş müəllimi Əhmədağa Rzaquliyev vəfat etdi.
68 yaşında dünyasını dəyişən Rzaquliyev Əhmədağa Hacı oğlu 1954-cü il may ayının 12-də Quba şəhərində anadan olmuşdur. 1980-ci ildə Leninqrad Toxuculuq və Yüngül Sənaye İnstitutunun Texnoloq ixtisasına qəbul olub və 1985-ci ildə təhsilini başa vurub. 1995-ci ildən Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Metrologiya və standartlaşdırma kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
Əhmədağa Hacı oglu Rzaquliyev 16 elmi məqalənin müəllifidir.
Ailəli idi,iki övladı var.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az