Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq π Gününə həsr olunmuş “Möcüzəvi π ədədi” adlı tədbir keçirildi
SDU-da Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq π Gününə həsr olunmuş “Möcüzəvi π ədədi” adlı tədbir keçirildi
Martın 14-də Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq π Gününə həsr olunmuş “Möcüzəvi π ədədi” adlı tədbir keçirildi.
Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESCO 3 sentyabr 2019-cu ildə Paris şəhərində, hər ilin 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Başqa sözlə, UNESCO hər ilin 14 mart tarixini dünya riyaziyyatçılarının bayram günü elan etmişdir. Hər il 14 mart Beynəlxalq π Günü kimi riyaziyyatçılar tərəfindən qeyd edilir. Rektor onu da vurğuladı ki, Beynəlxalq Riyaziyyat Gününün hər il qeyd edilməsi elmlər arasında yeni, daha möhkəm əlaqələrin  qurulmasına, alimlər arasında dialoqun inkişaf etdirilməsinə, cəmiyyətdə riyaziyyatın əhəmiyyətinin qiymətləndirilməsinə, onun digər elm sahələrinin inkişafında rolunun artırılmasına, dünyada həyat səviyyəsinin yüksəlməsi və davamlı inkişafına imkan verəcək, müasir riyaziyyatın sürətli inkişafına müsbət təsir göstərəcək, onun bəşəriyyətin tərəqqisində rolunu daha da artıracaqdır. Rektor bütün riyaziyyatçıları bu bayram münasibətilə təbrik etdi və onlara elmi fəaliyyətlərində uğurlar arzuladı.
Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova da çıxış edərək bu günün yaranma tarixi, π ədədinin anlamı və önəmi haqqında məlumat verdi.   Bildirdi ki, belə görüşlərin keçirilməsində əsas məqsəd tələbələrin riyaziyyat fənninə olan marağının daha da artırılması, gənc istedadların üzə çıxarılmasıdır.
Daha sonra fakültə tələbələrinin iştirakı ilə SDU-nun Marşı səsləndirildi. 
Tədbirdə tələbələrin hazırladığı, π ədədinə həsr olunmuş təqdimatlar və səhnəciklər təqdim olundu. π ədədinin tarixi, istifadə sahələri, sənətdə və musiqidə yeri haqqında maraqlı məlumatlar verildi. 
Tələbələr arasında π ədədinin vergüldən sonrakı mərtəbələrini əzbərləmə yarışı, müxtəlif intellektual oyunlar keçirildi. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim olundu. Doğum tarixinin π ədədinin rəqəmləri arasında axtarılması ilə əlaqəli əyləncə təşkil olundu.
Sonra rektor professor Elxan Hüseynov tədbir haqqında öz təəssüratlarını bölüşdü və tədbir təşkilatçılarına sertifikatlar təqdim etdi.
Tədbirin sonunda bütün iştirakçılar π simvolunu özündə əks etdirən müxtəlif növ şirniyyatlardan hazırlanan süfrəyə dəvət olundular. Riyaziyyat fakültəsinin girişindən başlayaraq özündə π simvolunu əks etdirən bəzəklər xüsusilə göz oxşayırdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az