Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kollektivimiz Sumqayıtda ümumşəhər Novruz şənliyində iştirak etdi
Kollektivimiz Sumqayıtda ümumşəhər Novruz şənliyində iştirak etdi
Martın 18-də xalqımızın milli-mənəvi irsini, bolluğu, bərəkəti və xeyirxahlığı təcəssüm etdirən Novruz bayramı Sumqayıtda böyük təntənə ilə qeyd olundu.
Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti və yerli sakinlər iştirak etdilər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırdı.
Dədə Qorqud və bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzuladılar, milli geyimli uşaqlar meydanda rəqs etdilər.
Kimyaçılar Mədəniyyət sarayının foyesində Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı.
Sumqayıt Dövlət Universitetinin kollektivinin hazırladığı sərgidə milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş olundu, həmçinin universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri də tədbir iştirakçılarının marağına səbəb oldu.
Sonda bayram konserti oldu. Tədbirdə respublikanın tanınmış sənət ustaları, incəsənət xadimləri iştirak etdi.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az