Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Dövlət Turizm Agentliyinin tədbirində iştirak etdilər
SDU-nun əməkdaşları Dövlət Turizm Agentliyinin tədbirində iştirak etdilər
Martın 29-da  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru Beynəlxalq əməkdaşlıq şöbəsi və Dövlət Turizm Agentliyinin (DTA) birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin əməkdaşları, müstəqil tədqiqatçılar və turizm sektorunun nümayəndələri ilə görüş keçirildi. 
Görüşün məqsədi Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci il üzrə turizm sahəsində Qrant müsabiqəsi ilə bağlı elanı iştirakçıların diqqətinə çatdırmaq, həmçinin turizm sahəsində qrant müsabiqəsində təhsil müəssisələrinin iştirakı və ümumiyyətlə, təhsil turizmində müxtəlif praktikalar barədə məlumat təqdim etmək idi.
Görüşdə təqdimatla çıxış edən DTA-nın Qrant müsabiqəsi üzrə məsul əməkdaşı Tural Abbasov Dövlət Turizm Agentliyi tərəfindən turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi, turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması barədə məlumatı nəzərə çatdırdı.
Bələdiyyələr, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş digər hüquqi şəxslər və Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər müsabiqədə iştirak etmək hüququna malikdirlər. Müsabiqəyə təqdim olunmuş layihələrin icra müddəti səkkiz aydan çox olmamalıdır və müraciət üçün son tarix 7 aprel 2022-ci il olaraq müəyyən olunub. 
Sonda DTA Hüqüq şöbəsinin əməkdaşı Faiq Ömərov və Təhsil və təlim sektorunun əməkdaşı Arzu Tairquliyeva-Nağıyeva iştirakçıların suallarını cavablandırdılar.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və İqtisadiyyat kafedrasının baş müəllimi Elnarə Məmmədova iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az