Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz STP-də təcrübə keçirlər
Tələbələrimiz STP-də təcrübə keçirlər

Universitetimizin Kimya və biologiya fakültəsinin 362-ci qrup  tələbələri müəllimə Zəminə Abduləzimovanın rəhbərliyi ilə Sumqayıt Texnologiyalar Parkının polimer xammal, polimer boru və fitinqlərin sınaq laboratoriyasında təcrübə keçirlər.
Tələbələr təcrübənin ilk günü polimer xammal, boru və fitinqlərin sınaq laboratoriyası ilə tanış oldular, hidravlik qurğuda borunun davamlılığını yoxladılar və  xammalın nəmliyinin təyin olunmasında fəal iştirak etdilər.
Tələbələr bildirdilər ki, tədris ili ərzində aldığımız nəzəri bilikləri təcrübədə tətbiq etmək çox maraqlı oldu. Belə ki, istehsal olunan plastik boruların dartılma testi metodikasında öyrəndik ki, qalınlığı 1 mm-dən az olan plyonkaları bu metodika ilə test etmək olmaz. Həmçinin, bizə plastik boru istehsalı üçün xammalın axma sıxlığının təyin olunması metodikasının paraşok və dənəvər formalı materialların axma sıxlığını təyin edilməsi üçün nəzərdə tutulduğu haqqında ətraflı məlumat verildi. Təcrübənin növbəti günlərində borunun həlqəvi istiliyinin təyin olunması, qızdırılmadan sonra borunun nisbi uzanmasının təyini, borunun çat əmələ gəlməsinin, zərbəyə və deformasiyaya davamlılığının  yoxlanılması  nəzəri  biliyimizi daha da təkmilləşdirdi.
Biz inanırıq ki, bu təcrübə gələcəkdə bizim uğurlu karyera pillələrində inamla addımlamağımıza təkan verəcəkdir. Bunun üçün də universitetin rəhbərliyinə, müəlliməmiz Zəminə Abduləzimovaya və təcrübə zamanı bizə diqqət və qayğıya ilə yanaşmış STP-nin əməkdaşlarına təşəkkür edirik.
 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az