Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi
SDU-da bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi
Aprelin 1-də Sumqayıt Dövlət Universitetində  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının baxış müsabiqəsi keçirildi.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır.
Müsabiqədə tələbələrimiz incəsənətin müxtəlif janrlarında öz bacarıqlarını nümayiş etdirdilər. Tələbələrin müxtəlif sahələr üzrə: İfaçılıq, rəqs, bədii qiraət, aşıq havalarını ifaetmə bacarıqları münsiflər heyəti tərəfindən maraqla qarşılandı.
İstedadlı tələbələrin müəyyən edilməsi Azərbaycan Respublikasının tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti:  Milli Konservatoriyanın müəllimi, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının Xalq artisti Təranə Muradova, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov, Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirildi.
Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayaraq, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az