Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik yubileyinə həsr olunmuş IV debat-natiqlik turnirinə start verildi
SDU-nun 60 illik yubileyinə həsr olunmuş IV debat-natiqlik turnirinə start verildi
Aprelin 9-da Tələbə Gənclər Təşkilatı və Debat klubunun təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin  60 illik yubileyinə həsr olunmuş “Şəxsi inkişaf üçün ali təhsil labüddür” mövzusunda debat-natiqlik turniri keçirildi.
Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Elmar Xəlilov iştirakçıları salamladı, qeyd etdi ki, hər bir cəmiyyətin inkişafında elmin müstəsna əhəmiyyəti vardır. Bu gün biliklərə əsaslanan cəmiyyətin qurulmasını hədəfləyən ölkəmizdə elmin inkişafına xüsusi önəm verilir, elmi fəaliyyət sahəsi üzrə təhsil alan və çalışan insanlara yüksək diqqət və qayğı göstərilir. Müasir dövrün tələblərinə uyğun yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsil müəssisələri qarşısında duran prioritet vəzifələrdən biri hesab edilir. Dosent Elmar Xəlilov belə tədbirlərin müasir Azərbaycan gəncliyinin inkişafına böyük töhfə olduğunu bildirdi.
Debat klubunun sədri Emil Məmmədov turnir haqqında hesabat verdi. Qeyd etdi ki, Debat Forumunda 36 komanda iştirak etdi. Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri idarə etdilər.
Qeyd edək ki, qalib komanda gələn həftə müəyyən olunacaq.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az