Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Bank və sığorta fəaliyyətlərinin tənzimlənməsi praktikası” mövzusunda fakültələrarası inteqrasiya tipli təlim
“Bank və sığorta fəaliyyətlərinin tənzimlənməsi praktikası” mövzusunda fakültələrarası inteqrasiya tipli təlim
Aprelin 15-də  İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və aktiv tələbə heyətinin iştirakı ilə “Bank və sığorta fəaliyyətlərinin tənzimlənməsi praktikası” mövzusunda fakültələrarası inteqrasiya tipli təlim  keçirildi.
 Tədbirin təşkilində məqsəd ölkədə baş vermiş bank və sığorta hadisələrinin müzakirəsi, problemlərin araşdırılması və eyni zamanda tələbələrin bu sahə üzrə biliklərinin təkmilləşdirilməsidir.
Tədbiri giriş sözü ilə açan Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı təşkilatın fəaliyyəti və bu tip tədbirlərin aktuallığından danışdı. O, Azərbaycanda bilik iqtisadiyyatının qurulması prosesində maliyyə fəaliyyəti sahəsi üzrə bank və sığorta işinin rolundan bəhs etdi.
Daha sonra Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi iqtisad üzrə fəlsəfə doktoru Mehman Əhmədzadə  tələbələrə bank və sığorta fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Məruzəçi müasir dövrdə maliyyə alətlərindən istifadə əsasında iqtisadi fəaliyyətə əsaslanacaq inkişaf yollarının şərh edilməsinin əhəmiyyətini maraqlı faktlarla izah etdi.
Tədbir müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az