Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Hörmətli KİV nümayəndələri...
Hörmətli KİV nümayəndələri...
Bəzi saytların verdiyi məlumata görə Sumqayıt Dövlət Universitetinin qarşısında bıçaqlanma hadisəsi baş verib. Qeyd edək ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar. Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. 
Məlumat üçün bildirək  ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin 14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanmışdır. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi tələbələrdən biridir. Hal-hazırda vəziyyəti qənaətbəxşdir.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az