Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində müasir rəqəmsal/analoq treyner “MİNİ LAB SDU” elektron cihazı hazırlanmışdır
Sumqayıt Dövlət Universitetində müasir rəqəmsal/analoq treyner “MİNİ LAB SDU” elektron cihazı hazırlanmışdır

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan 2020: gələcəyə baxış "İnkişaf konsepsiyası ", 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün "Milli Strategiya ", 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2015-2020-ci illər üçün Dövlət Proqramı " və Azərbaycan Respublikası Təhsil nazirinin 27 iyun 2014-cü il tarixli 752 №-li əmri ilə Ali təhsil müəssisələrində təhsilalanların elmi-tədqiqat işinin təşkili haqqında Əsasnamə və digər sənədlərdə Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Bu vəzifələrin həyata keçirilməsi istiqamətində respublikamızın digər ali məktəbləri ilə yanaşı Sumqayıt Dövlət Universitetində də məqsədyönlü iş aparılır.Məhz bu istiqamətdə aparılan axtarışların nəticələrindən biri olaraq SDU-nun əməkdaşları tərəfindən Mini lab rəqəmsal/analoq treyner (qısaca – Mini-lab SDU) adlanan elektron cihaz hazırlanmışdır. Analoji cihazlardan Qərb universitetlərində, kolleclərdə elektronika və avtomatika mühəndisliyi hazırlığında istifadə olunur. Ölçülərinə və funksiyalarına görə xarici analoqlarından fərqlənən Mini-lab SDU nəzəriyyənin praktikaya tətbiqini asanlaşdırmaqla yanaşı, tələbələrə praktiki vərdişlər əldə etmək imkanı da yaradır. Həm elmi və tədris laboratoriyalarında, həm də ev şəraitində istifadə oluna bilər. Mini-lab dövrələri qurmaq və test etmək üçün lazım olan test cihazlarını özündə birləşdirir.
Tələbələrin belə tədris texnologiyalarından istifadəsi gələcəkdə mühəndis kadrlarının sənayenin müxtəlif sahələrində daha uğurla çalışmasını imkan verməklə yanaşı, universitetlərdə də tələbə yaradıcılıq fəaliyyətini xeyli canlandırmış olar. Universitetimizin Fizika və elektroenergetika və Mühəndislik fakültələrini müvafiq ixtisas kafedralarını Mini-lab cihazı ilə təmin etmək məqsədilə tərəfimizdən lazımi işlər aparılır. Düşünürük ki, bu cihaz ehtiyac olduğu halda ölkəmizin digər ali məktəbləri üçün də hazırlana bilər.
Onu da əlavə edək ki, məzunlar mükəmməl praktiki təcrübə toplayandan sonra öz biliklərini eləcə də orduda xidməti zamanı müasir hərbi texnikanın istismarında daha geniş istifadə edə bilərlər.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az