Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində “Şuşa İli” ilə əlaqədar sərgi təşkil edildi
Kimya və biologiya fakültəsində “Şuşa İli” ilə əlaqədar sərgi təşkil edildi
Bu il Qarabağ xanı Pənahəli xanın Şuşanın təməlini qoymasından 270 il ötür. Ölkə başçısı cənab İlham Əliyev bu şanlı tarix münasibətilə, eləcə də Şuşanın bərpasını sürətləndirmək məqsədilə cari ili “Şuşa İli” elan edib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və razılıqla qarşılandı.  
“Şuşa İli” çərçivəsində aprelin 19-da Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin təşəbbüsü ilə fakültənin foyesində tələbələrin rəsm əsərlərindən ibarət sərgi təşkil edildi.
Sərgidə fakültə dekanı dosent Mahal Muradov çıxış edərək yaradıcılıq işləri nümayiş etdirən tələbələri təbrik etdi, sərginin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, tələbələrin yaratdıqları əsərlərin hər biri Şuşanın gözəlliyinin təqdimatıdır.
Bugünkü sərgi mənəvi dünyamızı daha da zənginləşdirərək dünyamıza yeni çalarlar əlavə etdi.
Sərgidə tələbələrin Şuşa şəhərinə həsr etdiyi rəsmlər nümayiş olundu.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az