Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsinin professor-müəllim heyətinin Elmi kitabxanaya təqdim etdikləri metodiki dərs vəsaitlərinin təqdimatı və sərgisi keçirildi
Riyaziyyat fakültəsinin professor-müəllim heyətinin Elmi kitabxanaya təqdim etdikləri metodiki dərs vəsaitlərinin təqdimatı və sərgisi keçirildi
Aprelin 22-də Sumqayıt Dövlət Universitetinin Elmi  kitabxanasında  Riyaziyyat fakültəsinin professor-müəllim heyətinin son illərdə nəşr olunmuş metodiki dərs vəsaitlərinin təqdimatı və sərgisi keçirildi. 
 Sərginin açılışında fakültənin dekanlığı, professor-müəllim və tələbə heyəti iştirak etdilər. 
Sərgini giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçıları salamladı, müəllifləri təbrik etdi və təqdimatın əhəmiyyətindən söhbət açdı. Artıq universitetimizdə ənənə halını almış belə tədbirlərin nüfuzunun xeyli dərəcədə artdığını vurğuladı. 
Elmi kitabxananın müdiri Nailə Əmrahova çıxış edərək bildirdi ki, yeni nəşrlərin kitabxanamızın sistem bazasına daxil edilməsi SDU-nun tələbə və əməkdaşlarının istifadəsi üçün əhəmiyyət kəsb edəcək.
Daha sonra Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova  müəllifləri təbrik etdi və  yaradılan şəraitə görə universitetin rektoru professor Elxan Hüseynova təşəkkürünü ifadə etdi, Riyaziyyat ixtisasının tədris proqramlarına uyğun müasir dərslik, dərs vəsaitlərinin hazırlanmasının zəruriliyini qeyd etdi. Bu istiqamətdə fakültədə görülən işlərdən danışdı. Dekan təqdim olunan yeni nəşrlərin geniş oxucu auditoriyası üçün dəyərli vəsait olduğunu diqqətə çatdıraraq, Azərbaycan riyaziyyat tarixinə və elminə dəyərli töhfə olduğu bildirdi. 
Çıxış edən müəlliflər  sərginin təşkilinə görə  universitet rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər, yeni nəşrlərin ərsəyə gəlməsindən, burada əhatə olunan mövzulardan danışdılar.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan  Məmmədov müəllifləri təbrik etdi, onlara elmi fəaliyyətlərində uğurlar arzuladı, elmi fəaliyyətin böyük zəhmət tələb etdiyini və yaradıcılıq prosesinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi. Prorektor onu da diqqətə çatdırdı ki, bu istiqamətdə rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə SDU-nun “Strateji İnkişaf Planı”nın həyata keçirilməsi ilə bağlı 2021-ci il üzrə “Fəaliyyət Planı”na uyğun olaraq “Ən yaxşı dərslik və dərs vəsaiti” nominasiyası üzrə müsabiqə keçirilmişdir ki, bu da müəllimlərin elmi fəaliyyətləri üçün əsas stimuldur. Hal-hazırda “Ən yaxşı monoqrafiya” nominasiyası üzrə müsabiqə keçirilir.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış oldu, müəlliflərlə fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, nəşrlər riyaziyyat üzrə ixtisaslaşan alimlər, mütəxəssislər, ali məktəblərin tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az