Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Ufa Dövlət Neft Texniki Universitetinin “Rəqəmsal cəmiyyət bir sosial-mədəni fenomen kimi” konfransında iştirak etdilər
SDU-nun əməkdaşları Ufa Dövlət Neft Texniki Universitetinin “Rəqəmsal cəmiyyət bir sosial-mədəni fenomen kimi” konfransında iştirak etdilər
Aprelin 22-də Ufa Dövlət Neft Texniki Universitetində “Rəqəmsal cəmiyyət sosial-mədəni fenomen kimi" adlı beynəlxalq elmi-praktik konfrans onlayn formatda keçirildi. Tədbirdə müxtəlif ölkələrin universitetlərinin nümayəndələri məruzə ilə çıxış etdilər.
Konfransı giriş sözü ilə Ufa Dövlət Neft Texniki Universitetinin Elmi-tədqiqat və innovasiyalar üzrə prorektoru t.f.d. Rabaev R.U. açdı. Sonra isə iqtisad elmləri doktoru, Korporativ maliyyə və uçot texnologiyaları kafedrasının professoru, Ufa Dövlət Neft Texniki Universitetinin Neft və Qaz Biznesi İnstitutunun direktoru Leibert T.B. və filologiya elmləri namizədi, professor, Ufa Dövlət Neft Texnologiyaları Universitetinin İctimai və siyasi kommunikasiyalar kafedrasının müdiri Qareev E.S. çıxış etdilər.
Elmi-praktik konfrasın məqsədi ölkələrdə, regionlarda və sənayelərdə sosial problemləri əks etdirən tədqiqat materialları ilə rəqəmsal texnologiyaları müzakirə edib tətbiqi ilə bağlı aktual problemlərin həllində tədqiqatçıların iştirakı ilə Rusiya Federasiyasında və xaricdə əldə edilmiş təcrübəni ümumiləşdirmək idi.
Konfransın bölmələri “Rəqəmsal texnologiyaların təsiri altında ümumilikdə cəmiyyətin və xüsusən də insanın çevrilməsi”, “Şəbəkə kommunikasiyalarında virtual məkanın şəxsiyyətə təsiri və rəqəmsal cəmiyyətin dəyər paradiqmasının formalaşması”, “Rəqəmsal mühitin üstünlükləri və mənfi cəhətləri, təhsilin rəqəmsallaşması, iqtisadiyyat” və s. mövzular üzrə aparıldı.
Daha sonra Sumqayıt Dövlət Universiteti tərəfindən Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Əminə Həsənova “Rəqəmsal mədəniyyətin formalaşması və inkişafı problemləri” və kafedranın doktorantı Nərgiz Nəsirova “İdarəetmə sosiologiyası informasiya cəmiyyəti dövründə sosial inkişafın aparıcı sahəsi kimi” mövzularında çıxış etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az