Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimiz yeni tədris ilinə hazırdır
Universitetimiz yeni tədris ilinə hazırdır

Sentyabrın 12-də Sumqayıt Dövlət Universitetinin kollektivi ay ərzində sonuncu iməcliyini keçirdi. İməclik çərçivəsində universitetin bütün əməkdaşlarının iştirakı ilə kafedra, auditoriya, laboratoriyalarda təmizlik işləri görüldü, universitetin həyəti səliqə-səhmana salındı, yaşıllıqlar, ağac və gül kolları əkildi, həyətdə tələbələrin istirahəti üçün düzəldilmiş oturacaqlar rənglənildi, əsas binanın həyətində yerləşən yeməkxanada müəllim və tələbələr üçün otaqlar istifadəyə yararlı hala gətirildi. Universitetdə təmir və yenidənqurma işləri uzun müddətdir ki, davam edirdi. Universitetin foyesinə ağ mərmərlər döşənib, dəhliz və pilləkənlər yüksək səviyyədə təmir olunub, auditoriyalar səliqəyə salınıb, texniki avadanlıqlarla təchiz olunub. Kitabxananın təmiri və dərs vəsaitləri ilə komplektləşdirilməsi başa çatdırılıb. Həmçinin, ikinci korpusda bir çox vacib işlər görülüb, tədrisin keyfiyyətinin artırılması üçün auditoriyalarda proyektorlar quraşdırılıb, elektron lövhələr yerləşdirilib, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yeməkxana tam təmir olunub. Bundan başqa, müəllim və tələbələri narahat edən bir çox məsələlər öz müsbət həllini tapıb. SDU-da təhsil sisteminin informasiyalaşdırılması istiqamətində də ciddi işlər görülüb. Sürətli internet şəbəkəsinə qoşulma imkanı tələbə və müəllimlərin tədrisin prosesində yeni texnologiyalarla təhsil almasına, normativləşməsinə şərait yaradır. Tədris laboratoriyalarının modernləşdirilməsi başa çatdırılıb. Onu da qeyd edək ki, “Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının ləğvi, maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə daxil olması “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına müvafiq olaraq həyata keçirilib. Sumqayıt Dövlət Universitetinin rəhbərliyinin nəzarəti altında pedaqoji kadrların və tələbələrin öz ixtisaslarına uyğun yerləşdirilməsi istiqamətində ciddi işlər görülür. Universitetin Filologiya fakültəsi Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının binasına köçürülərək avadanlıqlarla təmin olunmuş və bir çox təxirəsalınmaz işlər görülüb. Bu görülən işlərin yekunu iki gün öncə keçirilən rektoratda müzakirə olundu.Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Natiq Talıbov 2015-2016-cı tədris ilinə hazırlığın vəziyyəti, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı barədə və müəllimlərin dərs yükünün bölgüsü haqqında məruzə ilə çıxış etdi. Humanitar məsələlər üzrə prorektor, dosent Nizami Namazov Bilik gününün keçirilməsi, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev SDU-nun maddi-texniki bazasının gücləndirilməsi və universitetdə aparılmış təmir işləri, Doktorantura və magistratura şöbəsinin müdiri, dosent Ramiz Hüseynov Magistratura pilləsinə qəbulun nəticələri və rektorun məsləhətçisi, dosent Ulduz Ağayev auditoriya fondunun səmərəli istifadə olunması haqqında ətraflı çıxış etdilər. Bilik gününə hazır olan Sumqayıt Dövlət Universitetinin hər bir əməkdaşının amalı təhsilimizi yüksək səviyyəyə qaldırmaq və dövlətimizi savadlı kadrlarla təmin etməkdir.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az