Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
SDU-nun Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Aprelin 25-də Sumqayıt Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirildi.
İclasda Həmkarlar İttifaqı Komitəsinin üzvləri ilə yanaşı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə də iştirak edirdi. 
Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov iclası açıq elan edərək, komitənin tərkibində dəyişikliklərin olacağını və komitəyə yeni sədr seçiləcəyini  bildirdi. HİK komitə üzvləri qaldırılan məsələyə münasibət bildirdilər.
SDU-nun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti  Nemət İbayev Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az