Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirildi. İclasda universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilovla yanaşı ATİAHİRK-nin Rəyasət Heyətinin üzvü Sumqayıt şəhər Təhsil şöbəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Xudaverdi Əliyev də iştirak edirdi. 
Dosent Elmar Xəlilov iclası açıq elan edərək komitənin tərkibində dəyişikliklərin olacağını və komitəyə yeni sədr seçiləcəyini  bildirdi və son illər ərzində Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən görülən işlər haqqında danışdı. 
SDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev sədrliyi dövrü üçün hesabat xarakterli çıxış etdi və sədr vəzifəsinə yeni seçiləcək şəxsə uğurlar arzuladı.
Hesabat çıxışından sonra komitə sədrliyinə seçki keçirildi. Seçkinin nəticəsi olaraq Mühəndislik fakültəsinin 1-ci kurs magistrantı Tayfun Hacılı Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçildi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az